Aybəniz Haşımovadan Üzeyir Hacıbəyli ruhuna yüksək ehtiram

17/09/2024 - 19:55

Aybəniz Haşımovadan Üzeyir Hacıbəyli  ruhuna yüksək ehtiram - Sənət Akademiyası tələbələrinin unudulmaz təqdimatı - FOTOLAR

 

 

Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.

Qafqaz.Media xəbər verir ki, gənc ifaçılar böyük bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar və operettalar  əsasında maraqlı kompozisiyalar təqdim ediblər. Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib. Konsert proqramını, Mədəniyyət Nazirliyinin təmsilçiləri,  tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiəyyət nümayəndələri və media mənsubları da izləyib. Qonaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-nin İdarə Heyətinin üzvləri də olub. TAİB sədrinin müavini Eyvaz Hümbətov Aybəniz Haşımovaya İctimai Birliyin Fəxri diplomunu təqdim edib. Konsert proqramından sonra Sənət akademiyasının tələbələri Fəxri xiyabanda Üzeyir bəyin məzarını ziyarət ediblər. Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 


                 

     

 

 

 

 

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Adsız oğlan
    09/09/2024 - 07:33
    Nanənin yerinə o gələcək
    26/08/2024 - 10:49