Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb

21/08/2024 - 11:31

2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb. “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb. Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb. Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.

Azad edilmiş rayonlarYeni yaradılmış iş yerləri, təşkilat və fərdi sahibkarların sayı
İş yerlərinin sayıtəşkilatların sayıFərdi sahibkarın sayı
Ağdam10324524
Füzuli3719371
Xocavənd14229
Şuşa2321361
Cəbrayıl3827132
Kəlbəcər427229
Qubadlı24780
Laçın29919195
Zəngilan291160
Xocalı31142
Xankəndi15183
Ağdarə410

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ