Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşıb
21/11/2024 - 10:53
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,65% artaraq 74,88 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,4 dollar təşkil edib.