Azərbaycana xaricdən uçuşların sayı 22 % artıb Turizm

07/09/2024 - 15:09

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 40 ölkədən 17 946 aviareys təşkil olunub. “Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (2%) və 3 220 aviareys (21,8 %) çoxdur. Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 5 226 reys. Bu da 1 il əvvələ nisbətən 15 % çoxdur. 8 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 972 uçuş olub ki, bu da illik müqayisədə 5,1 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 2 095 reyslə (+35 %) daxil olub. TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (+ 14,2 % ), Səudiyyə Ərəbistanı 503 (- 23,7 %) , Qazaxıstan 481 (- 8,5 %), Hindistan 371 ( + 4,8 dəfə), Qətər 345 (40,8 % çox), Küveyt 246 (+ 4,2 % ) və Özbəkistan 246 aviareyslə (- 41,7 %) daxildir. Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (282 aviareys, + 20,5 %) isə 11-ci yerə düşüb. Təkcə avqustda isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 19 % artaraq 2 835 təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 796 uçuş olub ki, bu da illik müqayisədə 21,7 % çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56