Azərbaycanda avtobus minik maşını ilə toqquşdu: XƏSARƏT ALANLAR VAR

26/11/2022 - 15:08

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun 5-ci küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə "Mersedec " markalı minik maşını toqquşub. Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1965-il təvəllüdlü Cümşüd Mustafayev, 1995-ci il təvəllüldü Eşqin Məmmədov, 1981-ci il təvəllüdlü  Nazilə Eminova, 1959-cu il təvəllüdlü Əli Quliyev , 1959-cu il təvəllüdlü Xədicə Abdulayeva və 1959-cu il təvəllüldü Nüşabə Qasımovadır. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəlib:

“Sərnişinlərdən 6 nəfəri xəstəxanaya aparılıb, onlardan ciddi bədən xəsarəti yoxdur, ilkin tibbi yardımdan sonra evə buraxılacaq. Faktla bağlı araşdırmalar davam etdirilir”.