Azərbaycanda ilin əvvəlindən indiyədək maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ olub

23/10/2024 - 13:47

Azərbaycanda ilin əvvəlindən bu günədək (yanvar ayından oktyabrın 22-dək - red) maqnitudası 3 və ondan yuxarı 45 zəlzələ qeydə alınıb. "Report"un Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytna istinadən verdiyi xəbərə görə, yeraltı təkanlardan 38-nin maqnitudası 3 və 3-dən yuxarı, 4-ü 4 maqnitudadan yuxarı, daha 3-ü isə 5 maqnitudadan yuxarıdır. Sözügedən dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə qeydə alınıb. Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21