Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması təklif olunur

11/11/2024 - 17:28

Azərbaycanda sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə veqan restoranlarının fəaliyyət göstərməsi vacibdir: Bunu "Report"a açıqlamasında Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm bildirib. "Veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün böyük faydalar gətirir. Bu yanaşma ilə Azərbaycanda yeni və maraqlı qida mədəniyyəti yarada bilərik", - deyə o qeyd edib. Assosiasiya rəsmisi əlavə edib ki, veqan qidalanmanın insan sağlamlığına faydaları geniş miqyasda tanınır: "Bitki əsaslı qidalar yüksək miqdarda vitamin, mineral və antioksidantlarla zəngindir, bu da ürək xəstəliklərinin qarşısını almağa, qan təzyiqini normallaşdırmağa və ümumi sağlamlığı artırmağa kömək edir. Bundan başqa, bu qidalanma rejimi çəki azaldılması və xolesterol səviyyəsinin aşağı saxlanması üçün də ideal hesab olunur". E.Qrammın fikrincə, Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21