Bakıda 9 yaşlı uşağı avtomobil vurub

09/09/2024 - 07:26

Bakının Xəzər rayonunda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Qala qəsəbəsində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü azyaşlı qızı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42