Bakıda qanlı olay: bacı qardaşını bıçaqladı

28/11/2022 - 09:06

Bakıda qadın qardaşını bıçaqlayıb.

Qafqaz.media apa-ya xəbər verir ki, Sabunçu rayon ərazisində Püstə Məmmədova münaqişə zəminində onunla eyni evdə yaşayan qardaşı, 1970-ci il təvəllüdlü Atamoğlan Məmmədovu bıçaqlayıb.

Yaralı 4 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib, qadın saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.