Bir gecədə 12 PUA vuruldu - Müdafiə Nazirliyi məlumat yaydı

28/10/2024 - 14:37

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu gecə ölkə ərazisində 21 Ukrayna pilotsuz uçan aparatını ələ keçirib. Publika.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. “Kiyevin Rusiya Federasiyası ərazisində yerləşən obyektlərə təyyarə tipli ATS-lərdən istifadə etməklə növbəti terror aktı törətmək cəhdlərinin qarşısı alınıb. Hava Hücumundan Müdafiə qüvvələri Ukraynanın 21 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib. 13 PUA Belqorod vilayətində, 6-sı Bryanskda, 1-i Voronejdə, 1-i Kursk vilayətində ələ keçirilib”, - deyə məlumatda bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15