Böyük Britaniya “Sea King” helikopterlərini idarə etmək üçün ukraynalı hərbçilərə təlim keçir – VİDEO

26/11/2022 - 23:06

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri Ukrayna hərbçilərinə altı həftəlik təlimini başa vurub.

Qafqaz.media Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, artıq Ukrayna hərbçiləri axtarış-xilasetmə əməliyyatlarında istifadə olunacaq “Sea King” helikopterlərini idarə edə bilərlər.

Əvvəllər bildirilirdi ki, Böyük Britaniya Ukraynaya üç “Sea King” helikopteri verəcək.

“Dəniz Kralı” 20-ci əsrin ikinci yarısında ABŞ Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış nəqliyyat helikopteridir. O axtarış-xilasetmə helikopteri kimi tanınır. “Sea King”-dən Folklend münaqişəsi zamanı, Fars körfəzi müharibəsində, İraq, Əfqanıstan və Bosniyadakı hərbi münaqişələri zamanı istifadə edilib. Daha əvvəl hərbi analitik, Kral Birləşmiş Müdafiə Araşdırma İnstitutunun (RUSİ) keçmiş rəhbəri, professor Maykl Klark Ukraynaya bu helikopterləri təklif edirdi. Yalnız bir vasitə kimi deyil, həm də sualtı qayıqlara qarşı müharibə üçün istifadə ediləcək. Çünki artıq Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən bu məqsədlə sınaqdan keçirilmişdir. Klarkın hesablamalarına görə, ukraynalı hərbçilər altı həftə ərzində nəinki vertolyotlarla uçmağı, həm də sualtı qayıqları ovlamağı öyrənə bilərlır.

Qafqaz.media