Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb - YENİLƏNİB
Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub. Halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, orada vəfat edib.Bərdə rayon Mərkəzi xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib. Qeyd olunub ki, valideynləri yüksək temperaturla bağlı uşağa müəyyən dərmanlar verildiyini bildiriblər. Xəstəxanada aparılan müayinə zamanı uşaqda yüksək temperatur qeydə alınıb. Müalicənin xəstəxanada davam etdirilməsi barədə valideynlərə bildirilsə də, onlar bununla razılaşmayıblar və həkimin xəbəri olmadan uşağı evə aparıblar. Yenidən uşağın vəziyyəti pisləşdiyindən xəstəxanaya müraciət olunub. Həkimlər onu xilas edə bilməyiblər.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
***
09.05
Bərdədə qızdırmaya görə iynə vurduran 4 yaşlı uşaq ölüb. APA xəbər verir ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub. Halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, vəfat edib.
Fakt araşdırılır.