Bu dəfə efirdə maşın satması tənqid edildi

25/01/2024 - 12:24

Aparıcı Nanə Ağamalıyevanın "7 tamam" verilişində yaşanan hadisə sosial şəbəkədə tənqid edilib.

Axşam.az xəbər verir ki, veriliş zamanı müğənni Əlikram Bayramovun avtomobilini satması müzakirə olunub. Daha sonra proqram zamanı maşının satılmasına cəhd edilib. 

Aparıcı canlı yayıma avtomobil alıcısını qoşaraq, efir zamanı alış-veriş nümayiş etdirib. Bu görüntülər isə sosial şəbəkədə tənqid edilib. Hər kəs proqram zamanı belə halların nümayiş olunmasını, evirdə maşın satışı edilməsini tənqid atəşinə tutub.

Qeyd edək ki, bundan əvvəl "7 Tamam" proqramında Əməkdar artist Rafael İsgəndərovun studiyaya motosikletlə, Coşqun Rəhimovun atla gəlməsi, efirdə robota xına mərasiminin edilməsi müzakirələrə səbəb olmuşdu.

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49