Ceyhun Bayramov burundili həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Burundi Respublikasının xarici işlər və inkişafı üçün əməkdaşlıq naziri Albert Şinqiro ilə danışıqlar aparıb. APA xəbər verir ki, bu barədə azərbaycanlı nazir X hesabında məlumat yayıb. C.Bayramov Azərbaycanın Burundi də daxil olmaqla Afrikanın müxtəlif ölkələri ilə əməkdaşlığının xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə intensivləşdiyini məmnunluqla qeyd edib. “Mövcud imkanlardan istifadə edərək müxtəlif formatlarda əməkdaşlığımızın daha da möhkəmlənməsinə ümid edirəm”, - Ceyhun Bayramov qeyd edib.