Düşənbədə soydaşımızın əsəri səhnələşdirilib - FOTOLAR

29/11/2022 - 13:54

Tacikistanda yaşayan soydaşımız, tanınmış teatr tənqidçisi, ictimai xadim, tərcüməçi və şairə Amal Hacıyevanın “Sevgi sərhəd tanımır” tamaşası Düşənbədəki Vladimir Mayakovski adına Rus Dram Teatrında səhnəyə qoyulub.

Qafqaz.media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə hazırlanan tamaşanın təqdimat mərasimində diplomatik korpusun təmsilçiləri, Tacikistan Mədəniyyət Nazirliyinin rəsmiləri, elm, mədəniyyət, incəsənət xadimləri və diasporumuzun fəal üzvləri iştirak ediblər.

Tamaşaya görə müəllifə, aktyorlara və tamaşaçılara dərin təşəkkürünü bildirən Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə belə əsərlərin tarixi və dini bağlılıqları olan xalqlarımızın qədim mədəniyyətinin, humanistliyinin, qonaqpərvərliyinin, adət-ənənələrinin və milli dəyərlərinin tanıdılmasında böyük rol oynadığını nəzərə çatdırıb.

Amal Hacıyeva bildirib ki, əsəri tacik və Azərbaycan xalqları arasındakı dostluğa həsr edib. “Sevgi sərhəd tanımır” əsərini dramaturgiyada ilk addımı adlandıran müəllif qeyd edib ki, bu ideyanı ona Tacikistanın xalq artisti Maryam İsoyeva verib.

Tədbirin sonunda müəllifə, aktyorlara və tamaşanın səhnələşdirilməsində iştirak etmiş şəxslərə səfirlik adından hədiyyələr təqdim edilib.

"

"

"

"

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ