Erməni nazir Şoyqu ilə müzakirələr apardı

24/11/2022 - 09:58

Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında söhbət olub.

Qafqaz.media xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri feysbuk səhifəsində məlumat paylaşıb.

"İclasdan dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq", - Papikyan qeyd edib.

Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin milli təhlükəsizlik şuraları katiblərinin, xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.

      BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

      Daha bir əfsanə öldü - FOTO
      30/09/2024 - 12:02