Eynşteynin almanların nüvə proqramı barədə məktubu 4 milyon dollara satılıb - FOTO

11/09/2024 - 04:43

Müasir nəzəri fizikanın banisi Albert Eynşteynin ABŞ-nin 32-ci Prezidenti Franklin Ruzveltə (1933-1945) yazdığı məktub çərşənbə axşamı “Christie's” hərracında 3,992 milyon dollara satılıb. APA xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib. Sənədin təxmini dəyəri 4-6 milyon dollar olub. 2 avqust 1939-cu il tarixli məktubunda fizik nasist Almaniyasının nüvə proqramı ilə bağlı gördüyü işləri təsvir edir və bu elmi araşdırmanın nüvə bombasının yaradılmasına gətirib çıxara biləcəyini qeyd edir.

Eynşteynin almanların nüvə proqramı barədə məktubu 4 milyon dollara satılıb - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57