FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO

20/08/2024 - 16:39

18 avqust 2024-cü il tarixində Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş qol güləşi üzrə Respublika kuboku uğrunda yarış keçirilib. FHN-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, ölkənin şəhər və rayonlarından, eləcə də klub və idman cəmiyyətlərindən müxtəlif çəki dərəcələri üzrə 100-dən çox idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıb. Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət kapitanı Rəşad Kəsəmənli hər iki qol üzrə mübarizə apararaq gümüş medal qazanıb. Qaliblər Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının medalı ilə mükafatlandırılıblar. FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ