Fransa Yunanıstanı yarı yolda qoydu: Qırıcılara alıcı tapılmır

Fransanın almaqdan imtina etməsindən sonra Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında olan 24 ədəd “Mirage 2000-5” qırıcı təyyarələri anqarda qalıb.
Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb.
Məlumata görə, potensial alıcılarla, xüsusən də Hindistanla əvvəlki danışıqlara baxmayaraq, 24 ədəd “Mirage 2000-5”döyüş təyyarəsinin alınmasına ciddi maraq olmayıb.
Ukrayna təyyarənin alınmasında maraqlı olsa da, Yunanıstan sövdələşməyə davam etməməyə üstünlük verib.
Yunanıstanın satışda maraqlı olmamasının səbəbi odur ki, sözügedən qırıcılar daha çox “Rafale” qırıcılarının tədarükü təmin olunana qədər ölkənin hava hücumundan müdafiə sisteminin mühüm komponenti olaraq qalacaq.
Bu kontekstdə Afina təyyarələri bağışlamağa razı deyil, əksinə, yeni alışları maliyyələşdirmək üçün onları satmağı hədəfləyir.
Yunanıstanın müdafiə naziri Nikos Dendias “F-16 Block 30” və “Mirage-2000” döyüş təyyarələrinin satılmalı olduğunu bildirib.