Ukrayna bu şəhərə qoşun və texnika toplayır: Kiyev nədən qorxur?

Ukrayna Silahlı Qüvvələri (AFU) Xersona əlavə qoşun və texnika toplayır.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində rusiyalı hərbi ekspert Vitali Kiselyov bildirib.
O, şəhərə gələn ehtiyatların dəqiq sayını göstərməsə də, onları “böyük miqdarda” kimi qiymətləndirib. Ekspert onu da qeyd edib ki, bu ərazidəki Ukrayna bölmələri aktiv şəkildə pilotsuz təyyarələrlə təchiz olunur.
“Qərbdən təchizat gəlir. Onlar rus qoşunlarının Dneprdən keçməsindən qorxurlar”, - Kiselyov hesab edir.
Bundan əvvəl Rusiya Ordusuna məxsus pilotsuz uçan aparat Dnepr çayının sağ sahilində Xerson yaxınlığında genişmiqyaslı istehkam şəbəkəsinin tikintisinin videosunu qeydə alıb. İnternetdə yayımlanan kadrlarda güclü möhkəmləndirilmiş ərazini təşkil edən mövqelər və onların arasında əlaqə keçidləri göstərilir.