Yollarda görünüş məsafəsi 1-2 km məhdudlaşacaq

21/02/2025 - 16:20

Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-si səhərədək 1-2 km-dək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir.

Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur:

"Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

UTANC (Fraqmental)
21/02/2025 - 12:35
Sabah hava necə olacaq?
16/02/2025 - 21:27