Ölkə ərazisində 14 dərəcəyədək şaxta var

21/02/2025 - 18:17

Koreyanın tarixi xəritəsində Azərbaycanla bağlı diqqət çəkən detal yer alıb.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.

Tarixçi alim sözügedən dünya xəritəsinin fotosunu paylaşaraq onun 1402-ci ildə Coson sülaləsi dövründə hazırlandığını qeyd edib.

O bildirib ki, Koreyada Kvon Kun və Yi Ho tərəfindən yaradılan xəritənin qısaldılmış adı “Kangnido”dur:

“Xəritədə Nil çayının Afrika sahilləri göstərilib, Şərqi Asiya, Cənubi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrika təsvir edilib. O dövrdə belə böyük ərazini əhatə edən oxşar xəritə yox idi.

Qırmızı ilə işarələnən yerdə Dərbənd kimi tanınan Bab əl-Əbvab təsvir olunub. Xəzər dənizindəki düzbucaqlı isə Şirvandır. Xəzər dənizi sahilində, Araz və Kür çaylarının aralığında olan düzbucaqlı Arrandır”.

Sözügedən xəritəni təqdim edirik:

  • Facebook

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha üç girov azad edildi
15/02/2025 - 17:42