Elbrus Əruda ağır itki üz verdi

22/02/2025 - 07:52

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Əruda ağır itki üz verib.

Əməkdar jurnalistin atası Ramiz Seyfullayev uzunsürən xəstəlikdən sonra bu gün səhər saatlarında 74 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Biləsuvarın Nərimankənd kəndində anadan olan R.Seyfullayev uzun illər pedaqoji fəaliyyət göstərib. Mərhumun üç mərasimi fevralın 24-də Tural mərasim evində (Zoopark ilə üzbəüz) baş tutacaq.

Allah rəhmət eləsin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

UTANC (Fraqmental)
21/02/2025 - 12:35