Futbol kralı Pele 82 yaşında vəfat etdi – O, HƏFTƏLƏRDİR XƏSTƏXANADA MÜALİCƏ ALIRDI

29/12/2022 - 23:52

Braziliya millisinin heyətində üçqat dünya çempionu olmuş əfsanəvi braziliyalı futbolçu Pele 82 yaşında dünyasını dəyişib.

Qafqaz.media-nın məlumatına əsasən, “Associated Press” bu barədə onun agentinə istinadən xəbər verir.

Pele noyabrın sonundan San-Paulu xəstəxanasında müalicə alırdı. O, COVID-19-un ağırlaşdırdığı respirator infeksiyanın müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.

Keçmiş braziliyalı qolkiper 2021-ci ildə xərçəng şişini çıxarmaq üçün də əməliyyat olunmuşdu və o vaxtdan bəri mütəmadi olaraq müalicə alırdı.

Xatırladaq ki, Pele (əsl adı Edson Arantes do Nascimento) tarixdə milli komandada üç dəfə dünya çempionu olmuş yeganə futbolçudur (1958, 1962, 1970-ci illərdə). O, karyerası ərzində Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub. Pele Neymarın nailiyyətini təkrarladığı Qətərdə keçirilən son Dünya Çempionatına qədər milli komandanın heyətində vurulan qolların rekordunu saxladı. 2000-ci ildə FİFA Pele və argentinalı Dieqo Maradonanı 20-ci əsrin ən yaxşı futbolçuları adlandırıb.

2022-ci il dünya çempionatının seçmə oyunları zamanı Pele Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəyə son qoymağa çağıran açıq məktub dərc edib. O, Putinlə Rusiyada keçirilən 2018-ci il dünya çempionatının püşkatma mərasimi zamanı görüşdüyünü xatırladıb.

Qafqaz.media