Gələn il səhiyyə xərcləri 7 faiz çox olacaq
17/09/2024 - 21:53
Gələn il dövlət büdcəsində səhiyyə xərclərinə 1 milyard 997.2 milyon manat ayrılması proqnozlaşdırılır. APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamasında əksini tapıb. Səhiyyə xərclərinin büdcədə xüsusi çəkisi 5 faiz olacaq. Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 866 milyon 395 min 5 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə səhiyyə xərcləri 7 faiz artırılır.