Gürcüstanda İŞİD liderlərindən biri saxlanıldı - FOTO

08/12/2022 - 13:27

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi İŞİD terror təşkilatında iştirakda ittiham olunan, bu ölkənin vətəndaşı Tsiskara Toxosaşvilinin Tbilisi Beynəlxalq Hava Limanında saxlanıldığını açıqlayıb.

Qafqaz.media xəbər verir ki, xidmətin məlumatına görə, Toxoşaşvili 2015-ci ildə Gürcüstanı tərk edərək İŞİD sıralarına qoşulub. Terror təşkilatının bir qanadına rəhbərlik edərək, Suriya və İraqda döyüş əməliyyatlarında iştirak edib, terror təşkilatının liderləri ilə aktiv əlaqələrə malik olub.

Saxlanılan şəxsi Gürcüstanda 10 ildən 17 ilədək həbs cəzası gözləyir.

Haqqin.az

Xidmət əlavə edib ki, Toxoşaşvilinin İŞİD sıralarında döyüşən kiçik qardaşı Sezar da 2019-cu ildə Gürcüstanda saxlanılıb. O, hazırda Gürcüstan həbsxanasında uzunmüddətli həbs cəzası çəkir.

Qafqaz.media