Harris Trampa qarşı baş vermiş sui-qəsd cəhdinə münasibət bildirib

16/09/2024 - 06:33

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Trampın qolf meydançasında baş verən atışma ilə bağlı məlumatlandırıldığını bildirib. APA xəbər verir ki, Harris bu barədə öz “X” hesabında yazıb. "Mən keçmiş prezident Trampın və onun Floridadakı mülkünün yaxınlığında atəş açıldığı barədə məlumat aldım", - deyə o yazıb. Harris Trampın hadisə zamanı zərər görmədiyinə sevindiyini vurğulayaraq ABŞ-da zorakılığa yer olmadığını bildirib. Tramp hadisədən sonra seçki kampaniyasının donorlarına onun yaxşı olduğunu təsdiqləyən məktub göndərərək "Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacağam!", - deyə bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57