Hökumətin iclası zamanı işıq söndü, Paşinyan naziri tənqid etdi - VİDEO

23/11/2023 - 13:33

Noyabrın 23-də Ermənistan hökumətinin iclası zamanı elektrik enerjisində qısamüddətli fasilə yaranıb. Hadisə ilə bağlı baş nazir Nikol Paşinyan ərazi idarəetmə naziri Qnel Sanosyanı tənqid edib.

Paşinyan hətta strateji obyekt olan hökumət binasında da elektrik enerjisinin kəsilməsini əsas gətirərək, Ermənistanda elektrik enerjisi təchizatının hazırkı durumundan narazılığını bildirib.

“On il ərzində eyni şey haqqında göstəriş vermək olarmı?” – Paşinyan bildirib.

“Mən sizə bu barədə dedim: bizdə elektrik enerjisi keyfiyyətsizdir və bu binada, ofislərdə daim yanıb-sönür. Biz bu barədə hər zaman danışırıq, amma məsələ həll olunmur”, - baş nazir əlavə edib.