Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası TƏSDİQLƏNDİ

07/09/2024 - 16:04

Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib. Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Eyni zamanda fərmanlarında dəyişiklik edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI ilə bu linkdən tanış olmaq mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09