İlham Əliyev Rusiyada səfərdədir - MDB DÖVLƏT BAŞÇILARININ SAMMİTİNƏ QATILACAQ
26/12/2022 - 13:54
![](/sites/default/files/styles/slide/public/2022-12/e402ae37-747d-3212-82a2-6ead281cdc44_850.jpg?itok=1gyD901O)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.
Qafqaz.media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.