İndoneziya sahilində güclü zəlzələ olub

10/09/2024 - 07:22

İndoneziya sahilində 5,4 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 680 min olan Heneral-Santos şəhərindən 262 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 72 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57