"İran İnternational" saytı sok sənəd açıqladı: Rəsmi İran ordusu personalı xalq etirazını dəstəkləyir

24/11/2022 - 14:39

Qafqaz.media xəbər verir ki, "İran İnternational" saytı rəsmi İran ordusundakı vəziyyətdən bəhs edən sənəd açıqlayıb. Sənəd göstərir ki, rəsmi İran ordusunun personalı və onların ailələri sentyabr ayından bəri hökumətə qarşı xalq etirazlarını dəstəkləyir.
Yüksək rütbəli ordu komandiri tərəfindən verilən məktubda o, etiraz aksiyaları zamanı ordunun şəxsi heyətinin və onların ailə üzvlərinin həbsi ilə bağlı gündəlik hesabatların verilməsini, habelə hərbi obyektlərə qarşı “təxribatçı hərəkətlərə” diqqət yetirilməsini tələb edib.
Şirazın cənubundakı ordu bazasının komandiri Hüseyn Səfərəlizadə həmçinin qeyd edib ki, ordunun müfəttişliyi həmçinin İsfahan, Yəzd və Çərməhal-Bəxtiyari əyalətlərindəki digər komandirləri də bu cür halları gündəlik izləmək üçün xəbərdar edib.
Bu məktub onu deməyə əsas verir ki, etiraz hərəkatına rəğbət bəsləyən ordu personalının və ya etirazlarda iştirak edən ordu hərbçisinin ailə üzvlərinin sayının artması yüksək səviyyəli hərbi məmurların bundan narahat olmasına gətirib.
“Ordu personalı və onların ailə üzvlərinin iğtişaşların içində olması, onların təhlükəsizlik qüvvələri tərəfindən tutulması, kazarmaların divarlarına hökumət əleyhinə şüarların yazılması, kazarma və ordunun yaşayış məntəqələrinə dəyə biləcək zərərin miqdarı hər gün telefon və ya hesabatlar, mətn vasitəsilə bildirilməlidir”, deyə məktubda qeyd edilir.
İran İnqilab Keşikçiləri Qvardiyasından fərqli olaraq ənənəvi İran ordusu qiyam zamanı günahsız insanları amansızcasına qətlə yetirən Bəsic milisləri, SEPAH qüvvələri və polis kimi vəhşicəsinə hərəkət etmədiyi üçün geniş tənqid olunur.
Təhlilçilər hesab edirlər ki, ötən illərdə İran hakimiyyəti orduda müxalifətin formalaşması ehtimalını aradan qaldırmaq üçün ordunun əsas mövqelərini SEPAH üzvlərinə təhvil verib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33