İran Rusiyaya silah vermədiyini iddia edib

07/09/2024 - 07:42

İran iddia edib ki, münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir və bütün ölkələri bundan nümunə götürməyə çağırır. “Report” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir. “İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Tehran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi “qeyri-insani” hesab edir ki, bu da itkilərin artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından uzaqlaşmasına səbəb olur. Belə ki, İran nəinki bu cür hərəkətlərdə iştirakdan çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb. Bundan əvvəl “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən məqalə dərc edib və orada İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21