İranda daha iki media qurumuna qarşı cinayət işi açıldı

19/11/2024 - 13:43

İranda mediaya təzyiqlərin davamında "Etimad onlayn" və "Nəsim-e bidari" nəşrinin məsullarına qarşı cinayət işi açılıb. Axar.az xəbər verir ki, bu barədə Siyasi və Mətbuat Cinayətləri Məhkəməsi qərar verib. Məlumata görə, "Etimad onlayn"ın məsulu İlyas Həzrəti və "Nəsim-e bidari"nin rəhbəri Seyyid Məhəmməd Təbatəbai "yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq", "yalan məlumat və iftira yaymaq"da günahlandırılıb. Hər iki media nümayndəsinin məhkəməsinin keçirildiyi, barələrində çıxarılan qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15