İRƏVAN ƏLİYEVİN ÇIXIŞINA REAKSİYA VERDİ – “Bakı Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”

24/12/2022 - 23:51

Ermənistan Xarici İşlər Nazirliyi bu gün Azərbaycan prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

Qafqaz.media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda deyilir.

“Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də qondarma “Qərbi Azərbaycan”ın nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi heç bir halda Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil.

Bundan başqa, o, Ermənistanın suveren ərazisinin güc tətbiqi yolu ilə işğalı faktını nəinki açıq etiraf edir, həm də Ermənistan Respublikasına qarşı yeni ərazi iddiaları və güc tətbiqi təhdidləri ilə çıxış edir və açıq-aşkar həm beynəlxalq hüquqa, həm də beynəlxalq tərəfdaşlara qarşı etinasızlıq nümayiş etdirir.

Azərbaycan rəhbərinin bəyanatları bu il Praqa və Soçidə əldə olunmuş razılaşmalara zidd olaraq sülh prosesini dayandırmaq cəhdidir.

Ermənistan tərəfinin regionda sülh və sabitlik yaratmaq əzmini bir daha vurğulayaraq, biz maraqlı beynəlxalq tərəfdaşları məqsədyönlü bəyanatlar və təsirli addımlar vasitəsilə Azərbaycanı mübariz və maksimalist ritorikasını dayandırmağa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, Azərbaycan qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxarmağa və Laçın dəhlizinin normal fəaliyyətini bərpa etməyə məcbur etməyə çağırırıq”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ