İsa Həbibbəylinin oğlu vəzifəsini itirdi

28/11/2022 - 15:37

“Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri – gömrük xidməti general-leytenantı” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini – gömrük xidməti general-mayoru” abzasları ləğv edilir.

“Bakı Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzasından sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” abzası əlavə edilir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli idi.