Kömitə sədrinin birinci müavini Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR

29/11/2022 - 17:47

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Türkiyəyə səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubaniçbek Ömürəliyevlə görüşüb.

Qafqaz.media xəbər verir ki, görüş zamanı Komitə sədrinin birinci müavini 11 noyabr 2022-ci il tarixində Səmərqənddə keçirilən TDT Sammitində dövlət başçıları tərəfindən təşkilatın Baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə Ömürəliyevi təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa davamlı dəstəyini bir daha vurğulayan V.Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin fəəaliyyət istiqamətləri barədə müfəssəl məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət strategiyasını irəli sürən “Bir millətin iki diasporu olmaz” ideyası iki diasporun birgə fəaliyyətinin təməlini qoyub. Şuşa Bəyannaməsində yer alan diasporlararası məsələlər isə Azərbaycan və Türkiyə diasporunun, ümumiyyətlə, türkdilli ölkələrin diasporlarının birgə fəaliyyət strategiyasının perspektivlərinə yeni üfüqlər açıb.

Baş katib Azərbaycanın təşkilatdakı fəal rolunu və iştirakını yüksək qiymətləndirib.

Səmərqənd Zirvə Toplantısının nəticələrinə toxunan tərəflər TDT ölkələrini əhatə edən regionda baş verən proseslərə diqqət çəkərək, təşkilat çərçivəsində türk əməkdaşlığı və qarşıdakı dövrdə diaspor sahəsində Azərbaycanda həyata keçiriləcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Komitənin adından Baş katibə xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə də iştirak ediblər.

Qafqaz.media

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və kostyum şəkili ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ