Küçəyə atılan professorun kirayəsini Fond ödəyəcək
01/04/2024 - 20:26
Beş gündür küçədə gecələyən professor Fazil Qara oğlu İsmayılovun (Qaraoğlu) kirayə problemi həll olunub.
Kult.az Oxu.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu professorun birillik kirayə haqqını öz üzərinə götürüb.
Xatırladaq ki, professor Fazil Qaraoğlu beş gündür ki, küçədə gecələyir. O, yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.