Lavrovdan Zəngəzur mesajı: sabotaj edən odur!

20/08/2024 - 11:48

Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: “Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, Baş nazir Paşinyan tərəfindən imzalanan sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir”. Onun sözlərinə görə, üçtərəfli görüşlər və sənədlər çərçivəsində qoyulmuş təməl öz aktuallığını qoruyub saxlayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10