Əli İnsanovun məhkumluğu götürüldü

06/09/2024 - 16:46

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun üzərindən məhkumluğunun götürülməsi ilə bağlı müraciətinə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib. Hakim Vüsal Tağıyevin qərarı ilə Əli İnsanovun məhkumluğu üzərindən götürülüb. Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Eks-nazirə 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Prezidentin 2019-cu ildə imzaladığı Əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20
Pinqvin ilk dəfə Avstraliyada
19/11/2024 - 09:16
Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03