FƏRHAD ƏLİYEV İSVEÇRƏ ŞİRKƏTİNİN SƏHMLƏRİNİ ALIB – Oğlu rəhbərlik edir

30/12/2023 - 09:21

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrə şirkətlərindən birinin səhmlərini alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz “feysbuk” səhifəsində paylaşıb: “Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrənin Lozanna şəhərində qeydiyyatdan keçmiş NORTH-SOUTH LOGISTICS (NSL) SA şirkətinin səhmlərini alıb. Nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 300 min frankdır. Şirkətə oğlu Yusif Əliyev rəhbərlik edir. Yusif Əliyev 44 günlük Vətən müharibəsində iştirak edib”.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46