FƏRHAD ƏLİYEV İSVEÇRƏ ŞİRKƏTİNİN SƏHMLƏRİNİ ALIB – Oğlu rəhbərlik edir
30/12/2023 - 09:21
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrə şirkətlərindən birinin səhmlərini alıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz “feysbuk” səhifəsində paylaşıb: “Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev İsveçrənin Lozanna şəhərində qeydiyyatdan keçmiş NORTH-SOUTH LOGISTICS (NSL) SA şirkətinin səhmlərini alıb. Nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 300 min frankdır. Şirkətə oğlu Yusif Əliyev rəhbərlik edir. Yusif Əliyev 44 günlük Vətən müharibəsində iştirak edib”.
“AzPolitika.info”