Azərbaycan XİN İrana başsağlığı verib

04/01/2024 - 22:12

Azərbaycan Xarici İşlər Nazirliyi Kirmandakı terror aktına görə İrana başsağlığı verib.

APA xəbər verir ki, bu barədə XİN-in X səhifəsində məlumat verilib.

    “İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

    Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir” – başsağlığında deyilir.

    Qafqaz.Media

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ