Litva Ukraynaya yüzlərlə transformator göndərib

27/11/2022 - 22:47

Litvanın müdafiə naziri bəyan edib ki, Vilnüs enerji sektorunun yenidən qurulması üçün Ukraynaya daha iki milyon avro göndərəcək.

“Litva enerji şirkətləri artıq Ukraynanın enerji sektorunun bərpasına 3 milyon avro məbləğində dəstək göndərib və hazırda daha 2 milyon avro göndərilir”, – Arvydas Anusauskas tvitter hesabında yazıb.

Nazirin sözlərinə görə, Litvadan Ukraynaya 6 yük maşını 114 transformator göndərilib. Anuşauskasın sözlərinə görə, ümumilikdə, Litva 252 transformator tədarük etmək niyyətindədir.

 

Qafqaz.media