Livanda rabitə qurğularında yenidən partlayışlar baş verib - VİDEO (Yenilənib)

18/09/2024 - 22:25

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insanın yaralandığı bildirilir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 3 nəfər ölüb, daha 100-ü xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir. Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Ölənlər arasında "Hizbullah" liderlərindən birinin oğlu da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30