Merkeldən "PUTİN ETİRAFI" - Rusiya lideri niyə onu dinləməyib?

25/11/2022 - 16:50

Rusiya-Ukrayna müharibəsindən danışan Almaniyanın keçmiş kansleri Angela Merkeldən etiraf kimi "Putin açıqlaması" gəlib.

BBC xəbər verir ki, Merkel “Der Spiegel” jurnalına müsahibəsində 2021-ci ilin yayında Fransa prezidenti Emmanuel Makronun da iştirakı ilə Rusiya lideri Vladimir Putinlə görüşlər təşkil etməyə çalışdığını bildirib.

“Mənim bunu təmin etmək və təsir göstərmək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm” - o qeyd edib.

"UKRAYNAYA VAXT QAZANDIRDIM"

WhatsApp Image 2022-11-25 at 16.21.40.jpeg (52 KB)

Merkel Ukraynanın işğalından əvvəl vəzifədə olarkən Rusiya ilə bağlı siyasətini müdafiə edib və Putini dayandıra bilməyəcəyini deyib.

“Putin üçün yalnız güc vacibdir. Əvvəl ikitərəfli görüşlər keçirirdik. Son görüşlərimizdə isə onu Rusiya Xarici İşlər naziri Sergey Lavrov müşayiət edirdi " - keçmiş kansler vurğulayıb.

Merkel həmçinin bildirib ki, Minsk sülh danışıqları çərçivəsində Ukrayna ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, bu, Rusiyanın hərbi addımına hazırlaşmaq, özünü daha yaxşı müdafiə edə bilmək üçün Kiyevə vaxt qazandırıb.

Xatırladaq ki, keçmiş kansler bir neçə ay əvvəlki açıqlamasında deyib: "Avropada davamlı sülhə yalnız Rusiyanın iştirakı ilə nail olmaq mümkündür. Biz buna nail olmasaq, soyuq müharibə bitmiş hesab edilməyəcək”.

TRAVMATİK PUTİN-MERKEL MÜNASİBƏTLƏRİ

808x565_cmsv2_4f78af81-9d2b-544a-91b2-811345cba265-6290244.jpg (91 KB)

Putin-Merkel münasibətləri olduqca travmatik başlayıb. Rusiya lideri Merkelin itlərlə arasının yaxşı olmadığını öyrənmiş (Merkeli 10 il əvvəl it dişləyib - red) və Merkelin baş nazir kimi Moskvaya ilk səfərində ona oyuncaq it hədiyyə etmişdi.

Bir il sonra Merkelin Soçi səfəri zamanı Putinin otağa qara Labrador cinsli it gətirməsi keçmiş kanslerin ciddi narahatlığına səbəb olmuşdu.

Qeyd edək ki, Angela Merkel kansler olduğu müddətdə Rusiya ilə bağlı yumşaq siyasətinə görə tənqid olunub və bu siyasət Almaniyanın Rusiya qazından asılılığı ilə əlaqələndirilib.

16 il hakimiyyətdə olduqdan sonra 2021-ci ilin sentyabrında istefa verən Merkel həmin ilin dekabrında rəsmi olaraq postunu sosial demokrat Olaf Şoltsa təhvil verib./musavat.com