Müharibədən sonra Orbandan Ukraynaya ilk addım
02/07/2024 - 07:26
Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.Bildirilib ki, Baş nazir digər Ukrayna rəsmiləri ilə də görüşəcək. Qeyd edək ki, bu, Orbanın müharibə başlayandan sonra Ukraynaya ilk səfəri olacaq.