Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

07/09/2024 - 07:35

Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42