Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var

15/09/2024 - 07:15

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhəri Tumbul kəndində baş verib. Naxçıvan şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgərov Tural Behbud oğlunun idarə etdiyi 75-BL-992 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ciddi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ