Netanyahu Trampla İsrailin təhlükəsizlik məsələsini müzakirə edib

06/11/2024 - 22:10

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezident seçkilərində qalib gələn Donald Trampla İsrailin təhlükəsizliyi və İrandan gələ biləcək potensial təhlükə məsələlərini müzakirə edib. APA xəbər verir ki, bu barədə “The Times of Israel” Baş nazirin ofisinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Netanyahu prezident seçkilərindən sonra Trampa zəng edən ilk liderlərdən biri olub. Söhbət 20 dəqiqəyə yaxın davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ